İlham Əliyev ruandalı həmkarı ilə geniş tərkibdə görüşüb | YENİLƏNİB

   İlham Əliyev ruandalı həmkarı ilə geniş tərkibdə görüşüb |  YENİLƏNİB
  20 Sentyabr 2025    Oxunub:912
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdilər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğuladılar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və “ASAN Xidmət” təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunuldu.

AzVision.az

* * *

14:24
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Bu barədə AzVision.az -a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

AzVision.az


Teqlər: Prezident   Ruanda   həmkar   görüş  



Xəbər lenti